Sizin Reklam Burada
Xəbər lenti
06-11-2025
05-11-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda Super Ay hadisəsi müşahidə olundu

Tarix: 06-11-2025 13:45     Baxış: 334 A- / A+
Azərbaycanda Super Ay hadisəsi müşahidə olundu
Azərbaycanda Super Ay hadisəsi müşahidə olunub.
Manevr.az xəbər verir ki, hadisə noyabrın 5-i saat 17:10-da başlayıb və noyabrın 6-ı saat 08:10-da başa çatıb.
Ayın Yerə ən çox yaxınlaşması isə noyabrın 5-dən 6-a keçən gecə saat 02:30 müşahidə edilib.
Super Ay hadisəsi zamanı Ay adi tam Aydan təxminən 8 faiz böyük və 16 faiz parlaq olub.
Ayın Yerdən məsafəsi 356 min 832 km təşkil edib.
Qeyd edək ki, Super Ay hadisəsinin insanlar üçün heç bir təhlükəsi yoxdur. Sadəcə Ay Yerə yaxınlaşdıqca, onun cazibə qüvvəsi okean və dəniz səviyyələrinə daha çox təsir edir. Bu, adi haldan 3-5 cm-ə qədər daha yüksək su səviyyəsinə səbəb ola bilər.
Xatırladaq ki, Ayın Yerə maksimal yaxınlaşması (perigey) 1912-ci il yanvarın 4-də baş verib və bu zaman məsafə 356 min 375 km olub. Sonrakı illərdə ən çox yaxınlaşma 1948-ci il yanvarın 26-da 356 min 508 km, 2016-cı noyabrın 14-də 356 min 509 km, 2018-ci il yanvarın 1-də 356 min 565 km olub. Növbəti maksimal yaxınlaşma ilə (356 min 447 km) Super Ay hadisəsi 2034 -cü il noyabrın 25-də baş verəcək.(milli.az)



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar