Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan nümayəndə heyəti İrəvanda

Tarix: 04-11-2025 13:40     Baxış: 3178 A- / A+


Sülhün alternativi yoxdur, bu, təkcə dayanıqlı inkişafın məqsədi yox, həm də ilkin şərtidir.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumunda deyib.
O hesab edir ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması dönüş nöqtəsi olub, davamlı sülh və qarşılıqlı etimadın yeni səhifəsinin açılması üçün real əsaslar yaradıb: “Məmnuniyyətlə söyləyə bilərəm ki, sülh prosesi təkcə ideoloji xarakter daşımır, həm də artıq əməli nəticələr əldə etməkdədir. Bu gün Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin bu platforma çərçivəsində burada olması öz sözünü deyir”.
Arutyunyanın fikrincə, regionda yolların açılması, sülhün bərqərar olması və tərəflər arasında yaranmış tarixi imkanın tam şəkildə reallaşdırılması regionda sabitlik və sülhü təmin etməklə yanaşı, xalqlararası əlaqələrin inkişafına təkan verəcək, ölkələrin iqtisadi artımı və investisiya mühitinə müsbət təsir göstərəcək:
“Əminik ki, sülh və açıq ünsiyyət Cənubi Qafqazı bazarları, mədəniyyətləri və xalqları birləşdirən qlobal körpüyə çevirə bilər”.
Qeyd edək ki, forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Ermənistan Baş naziri Nikol Paşinyan artıq forumda çıxış edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar