Sizin Reklam Burada
Xəbər lenti
29-05-2026
28-05-2026
BÜTÜN XƏBƏRLƏR

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Tarix: 28-10-2025 11:52     Baxış: 3123 A- / A+

Etibar Məmmədovdan Arif Hacılıya: “Cəfəng adamlara cavab vermirəm” - QALMAQAL

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin “Dövlət Şurası” adlı yeni idarəetmə modeli ilə bağlı Rusiyaya ünvanladığı məktub ciddi müzakirə mövzusuna çevrilib.
Məktubda ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin fəaliyyətinə nəzarətin 50 nəfərlik “Dövlət Şurası” adlı quruma verilməsi təklif olunur.

Bu orqanın tərkibinə dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrinin daxil edilməsi nəzərdə tutulur.
Manevr.az-ın modern.az-a istinadən məlumatına görə, Mehdiyevin məktubu sosial şəbəkələrdə və mətbuatda rezonans doğurub.
Müsavat Partiyasının sədri İsa Qəmbər bildirib ki, məktubun orijinal olub-olmamasından asılı olmayaraq, təqdim edilən model “demokratiya atributları arxasında gizlənən avtoritar sistem” təəssüratı yaradır. 
O vurğulayıb ki, “qanunverici, icraedici və məhkəmə hakimiyyətinə nəzarətin Dövlət Şurasına verilməsi” demokratik idarəetmə prinsipləri ilə ziddiyyət təşkil edir.
Müsavat Partiyasının Ali Məclisinin sədri Arif Hacılı isə daha sərt açıqlama verib. O, Ramiz Mehdiyevin ideyasının yeni olmadığını, oxşar modelin 2003-cü ildə Etibar Məmmədov tərəfindən təklif edildiyini xatırladıb.
"Bu təqribən 2003-cü ildə Etibar Məmmədovun bizə təkifinin oxşarıdır. Dövlət Şurası sədrinin ümumxalq səsverməsindən keçmədən dövlətə rəhbərlik etməsi modeli", - Arif Hacılı bildirib.
Məsələ ilə əlaqədar Etibar Məmmədovun özü ilə də əlaqə saxladıq. O, Arif Hacılının "cəfəng adam" olduğunu və belə adamlara cavab vermədiyini bildirib, onun iddialarını isə cəfəngiyyat adlandırıb. 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar