Sizin Reklam Burada
Xəbər lenti
27-10-2025
BÜTÜN XƏBƏRLƏR

Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...

Tarix: 27-10-2025 15:30     Baxış: 331 A- / A+

Ramiz Mehdiyev “91”lərə qısqanclıqla yanaşıb - Məşhur YAP-çıdan AÇIQLAMA

Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çətiri altında baş verən dəhşətli olayları, qətl işlərini yenidən gündəmə qaytarıb.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, 15 il əvvəl Xaçmazda evində öldürülən məşhur iş adamı, "Arzu" Ticarət Mərkəzinin sahibi Nəcimə Babayevanın qətl işi də bu qəbildəndir.
2010-cu il sentyabrın 15-də öz evində vəhşicəsinə qətlə yetirilən Nəcimə Babayevanın qatili və ya qatilləri, qətlin sifarişçiləri bu günə kimi istintaqdan kənarda qalıb, saxlanılmayıblar. Mərhum iş adamının qızı qətlin sifarişli olduğunu və Ramiz Mehdiyevin çətiri altında törədildiyini bildirir.
Qeyd edir ki, analarının qətlinin araşdırılması üçün ötən illər ərzində göstərdikləri çabalara görə hər zaman olduğu kimi hazırda da böyük bir təhlükə qarşısındadırlar. Nəcimə Babayevanın qızı Gülnarə Həbibova istintaqa son dərəcə ilginc müraciət təqdim edib.
Gülnarə Həbibova 24 oktyabr 2025-ci ildə etdiyi müraciətində bildirib:
"Anamı Ramiz Mehdiyevin çətiri altında qorunan icra başçısı məhv etdi".
Müraciətdə Gülnarə Həbibova açıq şəkildə bildirir ki, anasının ölümü Xaçmaz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Şəmsəddin Xanbabayevin, onun "kassiri" və müavini Akif Mərdanovun, həmçinin bölgədəki imkanlı şəxslərdən ibarət maraqlı qruplaşmanın sifarişi ilə baş verib:
"Anam qətlindən əvvəl 3 il ərzində Xaçmaz rayonunda bu qruplaşmanın təzyiqlərinə, şantajına, saxta yoxlamalarına qarşı təkbaşına mübarizə aparırdı. Onlar anamın əmlakını ələ keçirmək istəyirdilər. Anam məhkəmələri uddu, lakin 15 sentyabr 2010-cu ildə evində vəhşicəsinə qətlə yetirildi".
Ramiz Mehdiyevin kürəkəni Xaçmazın kuratoru idi
Şikayətdə qeyd olunur ki, həmin dövrdə Prezident Administrasiyasının Regional idarəetmə şöbəsində Xaçmaz rayonu üzrə kurator vəzifəsini Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyev icra edib:
"Anam dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə şikayətlər göndərmişdi, lakin heç bir reaksiya verilmədi. Sonradan məlum oldu ki, o zaman Xaçmaz rayonuna kurator təyin olunan şəxs Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev imiş. Həmin şəxs sonradan iki çağırış Milli Məclisin deputatı seçildi və bu gün də rayonda milyonluq əmlaklara sahibdir".
Gülnarə Həbibova iddia edir ki, Şəmsəddin Xanbabayev Ramiz Mehdiyevlə çox yaxın münasibətdə olub, Mehdiyevlər ailəsinin Xaçmazdakı əmlaklarının qorunması da məhz bu əlaqə ilə təmin edilib.
Qətlin sifarişli olması versiyası istintaqda qəsdən gizlədildi
Qızının sözlərinə görə, anasının sifarişlə qətli əmlakın ələ keçirilməsinə görə olub. Lakin uzun illər boyu istintaq orqanları bu versiyanı qəsdən kölgədə saxlayıblar.
"İstintaqın ilk günlərindən bu versiyanın üzərindən ötəri keçdilər. Çünki Xanbabayev təkcə rayon rəhbəri deyildi, həm də Ramiz Mehdiyevin adamı idi. O, yalnız öz səlahiyyətləri ilə yox, həm də onu qoruyanların resurslarından istifadə etməklə istintaqın obyektiv aparılmasına mane oldu".
15 ildir açılmayan bu qətl işinin motivi ortadadır. Qətldən öncə Nəcimə Babayevadan bazarın zor gücünə alınması üçün Ramiz Mehdiyevin himayəsində olan icra başçısı Şəmsəddin Xanbabayev və ətrafı tərəfindən ona təzyiqlər göstərilib. Lakin Nəcimə Babayevanın təzyiqlərə tab gətirməsi, ona qarşı başladılmış məhkəmələrdən qalib ayrılması "mehdiyevçi"lərin planlarını pozub. Bundan sonra Nəcimə Babayeva evində öldürülüb, qətlin ailə-məişət zəminində törədilməsi barədə yanlış versiya ortaya atılıb. İstintaq qətlindən öncə Nəcimə Babayevanın əleyhinə aparılan qaralama kampaniyasını diqqətdən kənar qoyub. Qətldən sonrakı illərdə onun övladları təqib və təzyiqlərə məruz qalıblar. Ailənin qətlin üstünün açılması üçün yazdıqları şikayətlər seyflərdə qalıb, Gülnarə Həbibova və ailəsinə qarşı saxta ittihamlar irəli sürülüb.
"Görünür, arxasında Ramiz Mehdiyev olan şəxslərin adı hallanan bir ölümün açılmasını tələb etmək həyatımız bahasına başa gələ biləcək bir əməl imiş", - deyə Gülnarə Həbibova müraciətində qeyd edir.
"Mənim və ailəmin başına gələ biləcək faciələrə görə məsuliyyət daşıyacaqlar. Xahiş edirəm, anamın qətli ilə bağlı təqdim etdiyim məlumatları yenidən əməliyyat qaydasında araşdırasınız. Mənim və ailəmin başına gələ biləcək faciələrin qarşısını almaq üçün bu cinayət işinə müdaxilə vacibdir".
Xatırladaq ki, Şəmsəddin Xanbabayev 2004-2019-cu illərdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı, Akif Mərdanov isə həmin dövrdə onun birinci müavini olub. Hər iki şəxs 5 il öncə vəzifədən uzaqlaşdırılıb. Buna baxmayaraq, Nəcibə Babayevanın qətl işinin üstünün açılmasına bundan sonra da imkan verilməyib.
Nəcimə Babayevanın övladları, nəhayət ki, analarının sifarişli qətl işinin üstünün açılmasını xahiş edirlər. Bildirirlər ki, bu, Ramiz Mehdiyevin şimal zonasındakı şəbəkəsinin 15 illik qanlı fəaliyyətinin sonu olacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar