Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Macarıstanın baş nazirini təbrik etdi

Tarix: 23-10-2025 11:56     Baxış: 328 A- / A+


Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana təbrik məktubu göndərib.
Manevr.az məktubun mətnini təqdim edir:
"Macarıstanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Dost ölkə və strateji tərəfdaşımız olan Macarıstanla dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi məmnunluq doğurur. Şübhəsiz ki, qarşılıqlı səfərlər, müntəzəm təmaslar, sıx əməkdaşlığımız bu münasibətlərin daha sürətlə inkişafına və möhkəmlənməsinə şərait yaradır.
Hazırda ikitərəfli gündəliyimizdə duran məsələlərin əhatə dairəsi çox genişdir. Sevindirici haldır ki, Azərbaycan ilə Macarıstan arasında əməkdaşlıq gündən-günə dərinləşir, enerji sahəsində səmərəli tərəfdaşlıq münasibətləri yüksələn xətt üzrə inkişaf edir. Siyasi dialoqumuzun intensivliyi bütün sahələrdə qarşılıqlı fəaliyyətimizin yeni məzmunla zənginləşməsində mühüm rol oynayır.
Beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətimizi ayrıca qeyd etmək istərdim. Bu il ərzində mənim Budapeştdə, Sizin isə Qəbələdə təşkilatın zirvə görüşlərində iştirakımız xalqlarımız və dövlətlərimiz arasında birliyin və həmrəyliyin daha da möhkəmlənməsinə, çoxtərəfli müstəvidə əlaqələrimizin genişlənməsinə verdiyimiz əhəmiyyətin göstəricisidir.
Əminəm ki, Azərbaycan-Macarıstan dostluq münasibətlərinin və strateji tərəfdaşlığının xalqlarımızın iradəsinə uyğun olaraq daha da gücləndirilməsi və dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövləti fəaliyyətinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar