Xəbər lenti
“Bu millət xəyanəti, xainləri və onların arxasında duranları bağışlamaz!” – Tural Vəlizadə yazır...

Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com
Bu millət lazım olanda düşmənlərini bağışlamağı, lazım olanda yeni ittifaqlar qurmağı yaxşı bilir, amma bu millətin heç vaxt bağışlamayacağı bir şey varsa, o da öz içindən olan xainlərin etdiyi xəyanətlərdir. Bu millət xəyanəti bağışlamaz, xainləri bağışlamaz, xainlərin arxasında duranları da bağışlamaz!
Millətə qarşı silah qaldırmağa, qanını tökməyə, bayrağını endirməyə, azadlığını, gələcəyini qaraltmağa cəhd edənlərə nə bağışlanma, nə də dözümlülük olmalıdır. Dövləti qaranlıq dairələrin əmrlərinə tabe etmək üçün çalışanlara nə bağışlanma, nə də dözümlülük olmalıdır. Ölkənin gələcəyini qaraltmaq bahasına özlərinə və tayfalarına rəğbət, var-dövlət qazandırmağa çalışanlara qarşı nə bağışlanma, nə də dözümlülük olmalıdır. Günahkar layiqli cəzasını almalıdır. Biz ölkəmizi, xalqımızı belə biabırçılığa məruz qoymamalıyıq.
Ancaq həvəsləri əbəsdir, çünki xainlər uğur qazana bilməyəcək, milli birliyimizi, qardaşlığımızı məhv edə bilməyəcəklər. Dövlətçiliyimizdə gözü olan xainlər, qurulan planlar daha əvvəl necə dəmir yumruğun altında qalmışsa, aqibətləri yenə eyni olacaqdır.
Bu ibtidai və prinsipsiz siyasi təfəkkür əsrin ən böyük xəyanət, rüşvət, oğurluq, korrupsiya davası adlandırıla biləcək kütləvi talanlara səbəb olmuş və buna görə də hüquqi müstəvidə cavab verməlidir.
Təbii ki, Ramiz Mehdiyev xəyanəti heç vaxt unudulmamalıdır.
Dövlətimiz bir tərəfdən iqtisadiyyatda, sənayedə, müdafiədə, xarici siyasətdə layiqli yerini tutmaq üçün mübarizə apararkən, digər tərəfdən də daxili cəbhəmizi alt-üst etməyə yönəlmiş çoxsaylı sui-qəsdlərlə mübarizə aparırmış.
Mehdiyevin xain şəbəkəsi milli iradəni qəsb etməyə cəhd etmişdir. Çevriliş cəhdi ilə dövlətlə xalq arasında qalın divarlar hörməyə çalışmışdır.
Bu günə qədər bir çox çətinliyin öhdəsindən gəldiyimiz kimi, bundan sonra da daha çox şeyə nail ola biləcəyimizə ürəkdən inanıram.
Bunun üçün bizim etməmiz lazım olan tək şey güclü daxili cəbhəni saxlamaqdır. Xalqların həyatında iqtisadi çətinliklər baş verə bilər, siyasətdə zaman-zaman gərginlik arta bilər, cəmiyyətin təbəqələri arasında fikir ayrılıqları yarana bilər. Rəqabət sosial, siyasi və iqtisadi həyat üçün vacibdir. 10 milyon insanın hər bir məsələdə həmfikir olmasını gözləmək nə real, nə də doğrudur.
Nə müvəqqəti iqtisadi çətinliklər, nə gündəlik siyasi müzakirələr, nə də regionumuzda yaranan gərginlik bizə qalıcı zərər vura bilməz. Biz millət, dövlət olaraq bunların hamısına çarə tapacağıq, amma iç qalamızda bir yarıq açılsa, orada qan tökülsə, bunu toparlamaq son dərəcə baha başa gələcək və məşəqqətli olacaq. Belə bir vəziyyətdə hamımız uduzacağıq. Hamımız bədəl ödəyəcəyik. 10 milyonumuzun hamısı əziyyət çəkəcək. İnanıram ki, millətini, ölkəsini sevən, bu torpaqlara bağlılıq hissi keçirən heç kim “itir-itir” tənliyinin hökm sürməsinə imkan verməz.
Gələcək nəsillər isə bugünki xəyanətlərə məruz qalmamaq üçün həmişə ayıq-sayıq və birlik-bərabərlik içərisində olmalıdır.
Nə qədər ki, biz bir-birimizi sevib, hörmət və anlayış dairəsində əl-ələ verdiyimiz müddətçə, heç bir daxili və xarici düşmən cəbhəsi gün işığı görməyəcək, uğur qazanmayacaq və nifaq sala bilməyəcək.
Nə qədər ki, biz birləşmiş, qətiyyətli və ayıq-sayıq durmuşuq, Azərbaycanın düşmənləri bizə qarşı güclərini sınaya bilməyəcəklər, xəyanətlər ayaq tutmayacaq.
Azərbaycan xalqının istiqlaliyyəti və gələcəyi canımız bahasına qorunacaq.
Kim nə edirsə etsin, hansı çirkli və qaranlıq planların içərisində olursa olsun, Azərbaycan Respublikasını zəiflətməyə heç kimin gücü və nəfəsi çatmaz.
Bizə lazım olan güc damarlarımızda axan qandadır.
Yaşasın müstəqil Azərbaycan! Yaşasın qüdrətli Azərbaycan xalqı! Yaşasın onun sarsılmaz və qətiyyətli Prezidenti cənab İlham Əliyev!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar