Xəbər lenti
Bakıda Çanaqqala şəhidləri yad ediləcək
Çanaqqala döyüşlərinin 110-cu ildönümü münasibəti ilə oktyabrın 22-də Azərbaycan İstiqlal Muzeyində “Cəbhədən fotolarla Çanaqqala döyüşləri” adlı sərgi və panel proqramı təşkil ediləcək. Manevr.az xəbər verir ki, tədbir Bakı Yunus Emre İnstitutunun və Azərbaycan İstiqlal Muzeyinin birgə əməkdaşlığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə keçiriləcək.
Proqramın davamında Çanaqqala Döyüşləri Mobil Muzeyi ziyarət ediləcək. Sərgi və Mobil Muzey oktyabrın 25-dək ziyarətə açıq olacaq.
Paneldə Türkiyədən Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin ərazi planlama qrup sədri Yusuf Kartal, Azərbaycandan Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri t.ü.f.d. dos. Firdovsiyyə Əhmədova məruzə ilə çıxış edəcəklər.
Qeyd edək ki, 1071-ci ildə Malazgird savaşı ilə yeni dünya düzəni yaradan türk xalqı 1915-ci ildə Avropanın ən böyük dövlətlərinin qarşısında Çanaqqala zəfəri ilə tarixə imza atıb
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























