Gürcüstanın Baş naziri İrakli Kobaxidze hesab edir ki, Almaniya səfiri Peter Fişerin geri çağrılması Almaniya hökumətinin çox düzgün və praqmatik qərarıdır.
Manevr.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfir Gürcüstan-Almaniya münasibətlərinə ciddi xələl gətirib.
“Almaniyanın əvvəlki səfirləri münasibətlərin inkişafına müsbət töhfələr veriblər. Səfir Fişer isə sələflərinin 30 il ərzində qurduğu münasibətləri demək olar məhv edib. Lakin bu münasibətlər tezliklə bərpa olunacaq. Belə ki, Gürcüstanla Almaniya arasında əməkdaşlıq, tərəfdaşlıq və dostluq çox qədim ənənələrə malikdir”, - Baş nazir deyib.
Kobaxidze əlavə edib ki, Almaniya yeni səfir təyin edəndən sonra Gürcüstan hökuməti onunla əməkdaşlığa açıq olacaq.
Xatırladaq ki, Almaniya Gürcüstandakı səfiri Peter Fişeri oktyabrın 19-da məsləhətləşmələr üçün geri çağırıb. Fişer 2022-ci ilin avqustundan səfir vəzifəsində çalışır.
Xəbər lenti
Gürcüstan Baş naziri Almaniya səfirinin geri çağrılmasını düzgün qərar adlandırıb
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar