Sizin Reklam Burada
Xəbər lenti
19-10-2025
18-10-2025
BÜTÜN XƏBƏRLƏR

"Səbrin intiqamı" təqdim edildi

Tarix: 19-10-2025 20:39     Baxış: 3102 A- / A+
"Səbrin intiqamı" kitabının təqdimatı keçirilib

Gəncliyə Yardım Fondunda Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşkilatçılığı ilə 1- ci və 2- ci Vətən müharibəsinin yenilməz döyüşçüsü Elsevər Hüseynovun qəhrəmanlıq yolundan bəhs edən "Səbrin intiqamı" kitabının təqdimatı keçirilib.
Manevr.az xəbər verir ki, kitabın müəllifi vətənpərvər jurnalist Ötərxan Eltac, redaktoru professor Gülarə Aydın, korrektoru İlahə Həbibdi.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, vətən yolunda canından keçən müqəddəs şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.
Qəhrəmanlıq dastanına işıq tutan professor Gülarə Aydın, professor Ziyadxan Nəbibəyli, komandir qazi Babək Aslanov, komandir qazi Muxtar Həşimov, qazi Xəyyam Nəsirov, qazi Əli Hümbətov, jurnalist Bəşir İbrahim və aşıq Azad Laçınlı, eləcə də Xanım ana öz çıxışlarında vətənpərvər jurnalist Ötərxan Eltacın can yanğısı ilə yazdığı kitabın gənc nəslə bir qəhrəmanlıq nümunəsi, əslində Elsevər Hüseynovun timsalında bütün vətən uğrunda döyüşən oğullara aid olduğunu vurğulayıblar.

"Səbrin intiqamı" kitabının müəllifi Ötərxan Eltac öz çıxışında qeyd edib ki, bu kitab qazi qardaşımızın 50 illik yubiley yaşına bir töhfədir. Şəhidlərimizdən, qazilərimizdən, Qarabağımızın qanlı tarixinin canlı şahidlərindən yazmaq, təbliğ etmək vətən qarşısında borcumuzdur.
Ötərxan Eltacın vətənpərvərlik mövzusunda işıq üzü görən sayca 12- ci kitabı oxucular tərəfindən böyük rəğbətlə qarşılanıb.
Tədbirdə ziyalılar, alimlər, jurnalistlər, qəhrəmanımız Elsevər Hüseynovun doğmaları, dostları və yurd sevdalıları iştirak edib.
Sonda aparıcı Güllü Eldar Tomarlı tədbir iştirakçılarına və zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.

Manevr.az




















Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar