Xəbər lenti
Gələcəyimizə ümid bəxş edən, atdığımız hər addımda dərs almalı olduğumuz 34 il – Tural Vəlizadə yazır...

Tarix boyu köləliyə, zorakılığa boyun əyməyən Azərbaycan xalqı, daim müstəqilliyinə və gələcəyinə düşmən kəsilən işğalçılara qarşı azadlıq mübarizəsi aparıb. Xalqımız ötən əsrin sonlarında sovet işğalçılarına qarşı başlatdığı azadlıq mübarizəsini 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini
bərpa edərək zəfərlə, tarixi bir qəhrəmanlıqla taclandırdı.
Azərbaycan 3000 illik dövlətçilik ənənəsinə sahib bir məmləkətdir. Bugünkü Azərbaycan Respublikası məhz həmin dövlətçilik ənənəsi ilə yaşayıb yaratdığımız bu coğrafiyada xalqımız tərəfindən çətin şərtlər altında əldəedilmiş unikal bir məmləkətdir. 34 ildir üzləşdiyi bütün çətinlikləri dəf edərək yoluna inam və ilhamla davam edən, xüsusilə son dövrlərdəki uğurları ilə bu gün dünyanın yüksələn gücləri arasında yerini tutmağı bacaran bir dövlətdir.
Artan iqtisadiyyatı, prinsipial və uzaqgörən xarici siyasəti ilə Azərbaycan bölgəmizdə və dünyada ilham mənbəyi olmağa davam edir.
Bu möhtəşəm 34 ilin içərisində bir də 44 günlük şanlı Zəfər yürüşü var. Bəli, 44 günlük Vətən Müharibəsi xalqımızın öz dövləti ilə nə qədər bütöv olduğunu bir daha sübut etdi. Həmin günlər xalqımız ərazi bütövlüyünü təmin edərək işğalı
əbədiləşdirməyə çalışanlara savaş meydanında öz layiqli cavbını verdi.
Müstəqilliyin bərpasının 34 illik tarixi millətimizin ən çətin şərtlər altında necə ayağa qalxa biləcəyini göstərən, gələcəyimizə ümid bəxş edən, həm də atdığımız hər addımda dərs almalı olduğumuz bir dövrdür. Bu məmləkətin
gələcək övladlarının xalqımızın son 5 ildə əldə etdiklərindən öyrənəcəkləri çox şey var.Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq.
Bu gün dünyanın harasında olurlarsa olsunlar, bütün soydaşlarımız, dostlarımız xalqımızın 34 ildə yazdığı şanlı tarixlə fəxr edir, çağdaş Azərbaycanımızla qüur
duyurlar.
Cənab Ali Baş Komandan İlham Əliyevin öndərliyi ilə Azərbaycan həm separatizmə, həm terrorizmə, həm də işğala son qoyaraq müstəqilliyimizin bərpasının 34-cü ildönümünə də dövlət suverenliyini bərpa edərək qədəm qoydur. Dövlətimiz son 5 ildə tam sürətlə işğalın fəsadlarını aradan qaldırmağa davam edir, Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır.
Bugünkü Azərbaycan bir əvvəlki ildən daha güclü, daha ağıllı və daha qətiyyətli bir ölkədir. Bundan əminik ki, birliyimizə, həmrəyliyimizə, qardaşlığımıza, vətənimizə, müstəqilliyimizə, gələcəyimizə yönəlmiş istənilən hücum bundan sonra da uğurlu olmayacaqdır.
Bu hiss və düşüncələrlə Azərbaycanda və xaricdə yaşayan bütün soydaşlarımızı 18 oktyabr - Müstəqilliyimizin Bərpası Günü münasibəti ilə ürəkdən təbrik edirəm.
Başda çağdaş Azərbaycanımızın memarı ümummilli lider Heydər Əliyev olmaqla müstəqillik uğrunda fədakarcasına mübarizə aparan bütün keçənlərimizi və bu yolda canlarını fəda edən bütün şəhidlərimizi sayğı və rəhmətlə yad edirəm.
Əcdadlarımızın irsini qoruyan qəhrəman xalqımıza və bizə mənəvi dəstək olan bütün dostlarımıza ürəkdən təşəkkürümü bildirirəm.
18 oktyabr - Müstəqilliyimizin Bərpası Günü sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!

Vəlizadə Tural Akif oğlu
Milli Müdafiə Universiteti tabeliyində
Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
Bakı Dövlət Universitetinin doktorantı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar