Sizin Reklam Burada
Xəbər lenti
10-10-2025
09-10-2025
BÜTÜN XƏBƏRLƏR

Bu gündən ov edə bilərsiniz

Tarix: 10-10-2025 13:54     Baxış: 326 A- / A+
Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında bu gündən etibarən Azərbaycanda ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
 
Manevr.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.
 
O bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır:
 
"Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Bu səbəbdən iclasda ov mövsümünün dekabrın 1-dək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə qərar verilib".
 
A.Babayeva qeyd edib ki, monitorinqlərin nəticəsindən asılı olaraq ov mövsümünün müddətinin uzadılıb-uzadılmaması məsələsinə növbəti aylarda baxılacaq:
 
"Ovlanmasına icazə verilən vəhşi heyvan və quşların ovlanma müddətləri və normaları ilə bağlı məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin "Elanlar" bölməsində yerləşdirilib. Ov mövsümündə vətəndaşları qanunlara riayət etməyə və qanunsuz ov hallarına yol verməməyə çağırırıq".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar