Sizin Reklam Burada
Xəbər lenti
24-11-2025
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq konfransın iştirakçıları Ağdərədə səfərdədilər

Tarix: 10-10-2025 12:24     Baxış: 383 A- / A+

Beynəlxalq konfransın iştirakçıları Ağdərədə səfərdədilər

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.
Manevr.az xəbər verir ki, qonaqların Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarının aşkarlandığı kütləvi məzarlığa ziyarəti təşkil ediləcək. Sonra onlar Şuşa şəhərinə səfər edəcəklər. Tədbir iştirakçılarının Şuşa şəhərində gəzintisi təşkil ediləcək, ardınca vaxtilə azərbaycanlı əsir-girovların saxlandıqları və dəhşətli işgəncələrə məruz qaldıqları Şuşa həbsxanası ilə yaxından tanış olacaqlar. Sabah isə tədbir iştirakçılarının Cəbrayıl rayonuna səfəri, həmçinin Zəngilan rayonunun Ağalı və Məmmədbəyli kəndlərində yeni məskunlaşma yerlərini ziyarət etmələri nəzərdə tutulur.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar