Xəbər lenti 
					
 
		Avtomobilin səkidə saxlanması inzibati xətadır - VİDEO
Manevr.az xəbər verir ki, polis əməkdaşları paytaxtın Nərimanov və Sabunçu rayonları ərazilərində yerləşən bir neçə piyada səkisində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta pozuntusudur. Səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxması və beləliklə də onların həyatlarının təhlükə altında qalması ilə nəticələnir.
Sürücülərdən xahiş olunub ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar.
Paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.



	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















