Xəbər lenti
Nəcməddin Sadıkov Füzuliyə getməyimə imkan vermirdi - İTTİHAM
Manevr.az xəbər verir ki, bu sözləri Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov “Media Türk TV”nin efirində səsləndirib.
V.Əhmədov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə Füzuliyə gedərkən onların maşını həmin bölgəyə buraxılmayıb - buna N.Sadıkovun adamları imkan verməyib və Füzulidə ermənilərin olduğunu bildiriblər:
“Onlara dedim ki, məndə başqa məlumat var - Füzulidə erməni yoxdur. Soruşdum ki, bunu sizə kim deyib, cavab verdilər Nəcməddin Sadıkov. Çağırdılar, gəldi. Mənə məruzə etdi ki, bəs orada ermənilər var”.
Vahid Əhmədov qeyd edib ki, idddialara baxmayaraq o, Füzuliyə gedib və yolboyu hərbçilərin Füzulidən çıxdığını görüb:
“General Zaur Rzayev də yanımda idi. Maşını saxlatdırdım, soruşdum ki, niyə qayıdırsınız? Bildirdilər ki, bizə deyiblər ki, Füzulidə ermənilər var”.
“Füzuliyə gedəndən sonra gördük ki, orada nə erməni var, nə azərbaycanlı. Gedib oturdum icra başçısının otağında, su içdim. Xəbər aldım ki, heç kim yoxdur - həmin əraziləri tamamilə boşaldıblar. Sonra getdik Cəbrayıla. Orada da post yaradılmışdı, həmin postda da Nəcməddinin adamları var idi. Yenə bizə deyirdilər ki, Cəbrayılda erməni var. Amma getdik İcra hakimiyyətinə, dedim görürsünüz də, burada bir nəfər də erməni yoxdur. O vaxtdan başa düşdüm ki, kəndlərin boşaldılması Rusiyanın işidir” – deyə sabiq deputat bildirib.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar