Xəbər lenti 
					
 
		İnfarktın səbəbi kovid peyvəndidir? - Professor
 Əksər hallarda biz söhbəti birbaşa pandemiyadan başlayırıq və hər şeyi ona bağlayırıq. Halbuki bu problem təkcə pandemiya ilə məhdudlaşmır.
Əksər hallarda biz söhbəti birbaşa pandemiyadan başlayırıq və hər şeyi ona bağlayırıq. Halbuki bu problem təkcə pandemiya ilə məhdudlaşmır.Manevr.az-ın xəbərinə görə, bu sözləri axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla gənc yaşda infarkt hallarının çoxalmasının pandemiya zamanı vurulan peyvəndlərlə bağlı olması haqda danışarkən bildirib.
“Doğrudur, COVİD-19 və vaksinasiya dövründən sonra tromblaşma və digər ürək-damar problemlərinin sayı artıb. Bununla bağlı beynəlxalq səviyyədə tədqiqatlar aparılır və yaxın vaxtlarda nəticələr açıqlanacaq. Bu təsirləri inkar etmək olmaz. Amma məsələ yalnız bununla bitmir. Mənim fikrimcə, əsas məsələ müstəqillikdən sonrakı dövrdə həyat tərzimizin kəskin dəyişməsidir. Bu, daha ciddi faktordur”, - həkim qeyd edib.
A.Qeybulla bazarda süni və qatqılı qidaların artmasının da insan sağlamlığına mənfi təsir göstərdiyini vurğulayıb:
“Yağların istehsalına diqqət edin: dünya əhalisi bu gün 8 milyarda yaxınlaşır. Bu qədər insana yağ məhsulları çatdırmaq üçün nə qədər inək yetişdirilməlidir? Bu, sadə görünsə də, çox düşündürücü sualdır. Ona görə də bazarda süni və qatqılı məhsulların artımı qaçılmazdır. Lakin bu qidalar insan orqanizminə ciddi zərər vurur və onların istifadəsi sürətlə artır. Nəticə olaraq, sağlam qalmaq üçün az yemək, düzgün qidalanmaq və daha çox hərəkət etmək hər bir insanın həyat prinsipi olmalıdır”.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















