Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

20 Sentyabr Zəfəri bu torpaqlarda əbədi varlığımızın təsdiqidi

Tarix: 19-09-2025 20:06     Baxış: 1346 A- / A+
Sentyabr ayı milli tariximizin şanla, şərəflə, zəfərlə dolu müstəsna aylarından biridir. 1918-ci ilin sentyabrında Bakının azad edilməsindən müqəddəs 44 günlük Vətən müharibəsinin başlaması,  23 saatlıq lokal antiterror əməliyyatı kimi qəhrəmanlıq dastanları ilə bəzədiyimiz Zəfər ayımızı hər il qürurla qeyd edirik.

Ancaq Böyük Zəfərə gedən yol heç də hamar olmamışdır. Azərbaycan xalqı otuz il ərzində yüksək bir fədakarlıq əxlaqı ilə müqəddəs varlığını və tarixi haqlarını müdafiə etmiş, bu çərçivədə əleyhimizə olan bütün müzakirələri, milli maraqlara zidd təklifləri cəsarətlə rədd etmişdir. Bütün çətinlikləri birlik və bərabərliklə dəf etmək şüarını öz üzərinə götürmüş, əziz xalqımızdan aldığı güclə vətən uğrunda böyük mübarizələr aparan Qəhrəman Ordumuz 2016-cı ildən başlayaraq tarixə qızıl hərflərlə həkk olunmuş qələbələr qazandı.

Tarixdəki bütün qələbələrimiz kimi, 2023-cü ildə Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusion hüququnun – Dövlət Suverenliyinin bərpa edilməsi məqsədilə cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış antiterror əməliyyatının arxasında da gözünü qırpmadan canlarını fəda edən qəhrəman igidlərimizin misilsiz şücaəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sonsuz qətiyyəti dayanır. Xalqımız öz müstəqilliyi və gələcəyi, ürəyində əziz tutduğu vətəni uğrunda dünən necə idisə, o gün də eyni fədakarlığı, şücaəti göstərdi. Azərbaycan Silahlı Qüvvələrinin həmin gün milli varlığımızı qorumaq üçün apardığı şərəfli mübarizə bunun ən bariz sübutudur.

Antiterror əməliyyatının nəticəsi Vətənin azadlığı ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Suverenliyinin təmin edilməsi idi. Çünki tarixi əməliyyatdan üç il əvvəl Füzulidən və Murov silsiləsindən Qarabağa yayılan mübarizə ruhu ilə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın düşməndən azad olunsa da  Xankəndi şəhəri başda olmaqla Qarabağın göbəyində hələ quldur yuvası qalmaqda idi.
19-20 sentyabr 2023-cü il taixlərində Azərbaycan milləti, Azərbaycan dövləti qaranlıqların ən qaranlıq anında öz parlaq gələcəyini xəyaldan gerçəyə çevirdi. Sentyabrın 20-də əldə olunan bu Zəfər ilə Azərbaycan xalqı bağrına saplanan quldur yuvasını silib ataraq dövlət suverenliyimizdən nəyin bahasına olursa olsun güzəştə getməyəcəyini bütün dünyaya bəyan etdi. Müqəddəs vətən torpağını qanları ilə sulayan şəhidlərimizə Allah rəhmət eləsin.

Cənab Prezidentimiz tərəfindən hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqındada 19 sentyabr 2024-cü il tarixli Sərəncam xalqımızın şanlı tarixinin qızıl halqalarından biri olan 19-20 sentyabr 2023-cü il Zəfərinə verilən önəm, qəhrəman əsgər, gizir və zabitlərimizin, unudulmaz şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzə, suverenliyimizə olan diqqətin bariz nümunəsidir.
Böyük Zəfərdən aldığımız ilham və cəsarətlə Azərbaycanımızı daha işıqlı, daha firavan gələcəyə aparmaq üçün mübarizəmizi davam etdirməliyik. İnanıram ki, ölkəmizə güvənən dostlarımızın dəstəyi, sevimli millətimizin müdrikliyi, cəsarəti ilə bu coğrafiyadakı müqəddəs mübarizəmizi yeni zəfərlərlə taclandıracağıq. Zəfər yürüşümüz əbədiyən davam edəcəkdir.
20 sentyabr Zəfəri bu torpaqlarda əbədi varlığımızın təscili, təsdiqi və əbədi bir möhürüdür! Şəhidlərimizin ruhu şad olsun! 20 sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!
 


















Tural Akif oğlu VƏLİZADƏ
MMU tabeliyində Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
tural.akif.velizade@gmail.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar