Xəbər lenti
20 Sentyabr Zəfəri bu torpaqlarda əbədi varlığımızın təsdiqidi

Ancaq Böyük Zəfərə gedən yol heç də hamar olmamışdır. Azərbaycan xalqı otuz il ərzində yüksək bir fədakarlıq əxlaqı ilə müqəddəs varlığını və tarixi haqlarını müdafiə etmiş, bu çərçivədə əleyhimizə olan bütün müzakirələri, milli maraqlara zidd təklifləri cəsarətlə rədd etmişdir. Bütün çətinlikləri birlik və bərabərliklə dəf etmək şüarını öz üzərinə götürmüş, əziz xalqımızdan aldığı güclə vətən uğrunda böyük mübarizələr aparan Qəhrəman Ordumuz 2016-cı ildən başlayaraq tarixə qızıl hərflərlə həkk olunmuş qələbələr qazandı.

Antiterror əməliyyatının nəticəsi Vətənin azadlığı ilə yanaşı, Azərbaycan Respublikasının Dövlət Suverenliyinin təmin edilməsi idi. Çünki tarixi əməliyyatdan üç il əvvəl Füzulidən və Murov silsiləsindən Qarabağa yayılan mübarizə ruhu ilə Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər və Laçın düşməndən azad olunsa da Xankəndi şəhəri başda olmaqla Qarabağın göbəyində hələ quldur yuvası qalmaqda idi.
19-20 sentyabr 2023-cü il taixlərində Azərbaycan milləti, Azərbaycan dövləti qaranlıqların ən qaranlıq anında öz parlaq gələcəyini xəyaldan gerçəyə çevirdi. Sentyabrın 20-də əldə olunan bu Zəfər ilə Azərbaycan xalqı bağrına saplanan quldur yuvasını silib ataraq dövlət suverenliyimizdən nəyin bahasına olursa olsun güzəştə getməyəcəyini bütün dünyaya bəyan etdi. Müqəddəs vətən torpağını qanları ilə sulayan şəhidlərimizə Allah rəhmət eləsin.
Cənab Prezidentimiz tərəfindən hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqındada 19 sentyabr 2024-cü il tarixli Sərəncam xalqımızın şanlı tarixinin qızıl halqalarından biri olan 19-20 sentyabr 2023-cü il Zəfərinə verilən önəm, qəhrəman əsgər, gizir və zabitlərimizin, unudulmaz şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüzə, suverenliyimizə olan diqqətin bariz nümunəsidir.
Böyük Zəfərdən aldığımız ilham və cəsarətlə Azərbaycanımızı daha işıqlı, daha firavan gələcəyə aparmaq üçün mübarizəmizi davam etdirməliyik. İnanıram ki, ölkəmizə güvənən dostlarımızın dəstəyi, sevimli millətimizin müdrikliyi, cəsarəti ilə bu coğrafiyadakı müqəddəs mübarizəmizi yeni zəfərlərlə taclandıracağıq. Zəfər yürüşümüz əbədiyən davam edəcəkdir.
20 sentyabr Zəfəri bu torpaqlarda əbədi varlığımızın təscili, təsdiqi və əbədi bir möhürüdür! Şəhidlərimizin ruhu şad olsun! 20 sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!

Tural Akif oğlu VƏLİZADƏ
MMU tabeliyində Bakı Hərbi Kollecinin müəllimi
Bakı Qızlar Universitetinin baş müəllimi
tural.akif.velizade@gmail.com
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar