Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nepalda yeni baş nazir sosial mediada seçildi

Tarix: 17-09-2025 18:57     Baxış: 441 A- / A+



Nepalda iki gün davam edən genişmiqyaslı etirazlardan sonra hökumət devrilib və ölkədə yeni siyasi prosesə start verilib. Korrupsiya və qohumbazlığa qarşı küçələrə çıxan etirazçılar dövlət binalarını yandırıblar. Polis müdaxiləsi nəticəsində azı 72 nəfər həlak olub.

Manevr.az milli.az-a istinadla xəbər verir ki, baş nazir KP Şarma Oli istefa verib, prezident Ramçandra Paudel parlamenti buraxaraq mart ayında seçkilər təyin edib. Lakin o vaxta qədər ölkəni kimin idarə edəcəyi sual altına düşüb.

Etirazlara rəhbərlik edən "Hami Nepal" adlı gənclər hərəkatı lider seçimini "Discord" platformasında təşkil olunan müzakirələrlə həyata keçirib. "Gənclər Korrupsiyaya Qarşı" kanalında minlərlə insan iştirak edib, debatlar "YouTube"da canlı yayımlanıb. Beş namizəd arasından keçirilən səsvermədə 73 yaşlı Sushila Karki qalib gəlib və müvəqqəti baş nazir kimi and içib.

Karki əvvəllər məhkəmə sistemində islahatlara və korrupsiyaya qarşı mübarizəyə görə tanınıb. Gənclərin bu təşəbbüsü siyasi dairələrdə şəffaflıq nümunəsi kimi dəyərləndirilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar