Sizin Reklam Burada
Xəbər lenti
16-09-2025
15-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağla bağlı təxribatçı iddia: Ermənilər Rusiya pasportları ilə...

Tarix: 16-09-2025 20:08     Baxış: 330 A- / A+

“Daşnaksütyun” Partiyası (terror təşkilatı – red.) bağlanmalıdır”.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
Ekspert bildirib ki, avqustun 8-da Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh üzrə əldə edilmiş razılaşmalara qarşı çıxan sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan diqqət çəkə bilmədikləri üçün bu mövzuya əl atıb:
“Əgər Köçəryan və Sərkisyan diqqətsizlikdən əziyyət çəkirlərsə və buna görə də diqqət çəkmək istəyirlərsə, İrəvanda lüt gəzsinlər. Ölkə daxilində düşmənçilik söhbəti yaymaqdansa, bununla daha çox diqqət çəkərlər”.
Ermənistan müxalifətinin ermənilərin Rusiya pasportları ilə Qarabağa qayıdışının mümkün olması ilə bağlı təxribatçı iddiasına belə cavab verib:
“Ya gedib Azərbaycan qanunları ilə yaşamalısan, ya da necə bitəcəyini heç vaxt bilmədiyin müharibəyə girməlisən. Müxalifət nə etdiyini bilmir. Müxalifət milli təhlükəsizliyə təhdid olan kiçik, müharibə qızışdıran qrupdur”.
“Daşnaksütyun”a gəlincə, onun sözlərinə görə, “daşnaklar” öz məqsədlərinə çatmaq üçün yenə də keçmiş Qarabağ məsələsindən istifadə edirlər:
“Hürən itin hürən it olmadığı prinsipini rəhbər tutmaq olmaz. “Daşnaksütyun” bağlanmalıdır. Onlar dövlətin dadını hiss etməlidirlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar