Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Bakının işğaldan azad edilməsindən 107 il ötür

Tarix: 15-09-2025 10:31     Baxış: 430 A- / A+


Bakının işğaldan azad edilməsindən 107 il ötür
Bu gün Bakının işğaldan azad edilməsindən 107 il ötür.
Manevr.az-ın məlumatına görə, Azərbaycan 1918-ci il mayın 28-də müstəqilliyini elan etdikdən sonra ölkə iki yerə parçalanıb, bolşevik-daşnak birləşmələrinin qurduğu Bakı Xalq Komissarları Soveti paytaxtda hakimiyyəti ələ keçirib.
Bolşevik-daşnak silahlı birləşmələri Azərbaycanın nəzarətdə saxladıqları bölgələrində yerli əhaliyə qarşı soyqırımı törədib, insanları kütləvi şəkildə qətlə yetiriblər. İyun ayından bolşeviklərin silahlı dəstələri Azərbaycanın qərb rayonlarını öz təsirləri altına almaq üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Şamaxı istiqamətində irəliləyən bolşevik-daşnak birləşmələri yol üzərindəki bütün Azərbaycan kəndlərini çapıb-talayıb, dinc əhalini məhv ediblər. Vəziyyəti nəzərə alan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin köməyinə göndərilib.
Qafqaz İslam Ordusu və Azərbaycanın yeni təşkil olunan Milli Ordu birləşmələri Göyçay yaxınlığında bolşevik-daşnak birləşmələrini məğlub edərək Bakıya doğru irəliləyib. Paytaxta doğru bir neçə istiqamətdə hərəkət edən ordu birləşmələri Şamaxı, Kürdəmir və digər yaşayış məntəqələrini işğaldan azad ediblər. Sentyabrın 15-də günorta saatlarına kimi davam edən döyüşlərdən sonra Qafqaz İslam Ordusu Bakı şəhərini işğaldan azad edilib və bir gün sonra indiki Sahil bağında Qafqaz İslam Ordusu və Azərbaycan qoşunlarının rəsmi paradı keçirilib.
Xatırladaq ki, Bakıda xilaskar türk əsgərinin şərəfinə abidə ucaldılıb, Şamaxıda isə şəhid olmuş türk əsgərlərinin qəbirüstü abidəsi götürülüb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar