Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yalçın Rəfiyev Çex Respublikasına səfər edib

Tarix: 12-09-2025 14:50     Baxış: 427 A- / A+


Yalçın Rəfiyev Çex Respublikasına səfər edib
11-12 sentyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Çexiyaya səfər edib.
Manevr.az bildirir ki, bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində nazir müavini ATƏT-in Finlandiya Sədrliyi tərəfindən Praqada təşkil olunmuş “Dəyişən iqlim şəraitində dayanıqlı gələcəyin qurulması” adlı forumda iştirak edib, ikitərəfli görüşlər keçirib.

Forumun iqlim məsələlərinə həsr olunan sessiyasında əsas məruzəçi qismində çıxış edən Y.Rəfiyev Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər Konfransının (COP29) tarixi nəticələri, qəbul olunmuş qərarlar və onların iqlim dəyişikliyi ilə mübarizə prosesinə verəcəyi töhfə barədə ətraflı məlumat verib, ATƏT-in regional təhlükəsizlik təşkilatı olaraq iqlim dəyişikliyi ilə mübarizə prosesində mümkün roluna dair fikirlərini bölüşüb.

Səfər çərçivəsində Y.Rəfiyev həmçinin Çexiyanın xarici işlər nazirinin müavini Yan Marian və ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüş keçirib.

Yan Marian ilə keçirilmiş görüşdə Azərbaycan ilə Çexiya arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq imkanları, iqlim dəyişikliyi ilə mübarizə və COP prosesi, o cümlədən COP30-a hazırlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

ATƏT-in Daimi Şuranın sədri Finlandiyanın ATƏT yanındakı Daimi Nümayəndəsi Vesa Hakkinen ilə görüşdə Vaşinqton görüşlərinin nəticəsi olaraq ATƏT-in Minsk qrupunun ləğvi barədə qərarın qəbul edilməsindən sonrakı mərhələdə Azərbaycanın ATƏT çərçivəsində fəaliyyətinin əsas istiqamətləri, hazırkı beynəlxalq mühitdə ATƏT-in dəyişən reallıqlara uyğunlaşaraq fəaliyyətini iqlim dəyişikliyi, şəhərsalma və yaxşı idarəçilik kimi mövzuları da əhatə etməklə iştirakçı dövlətlərin mənafelərinə uyğun istiqamətlərdə genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar