Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi prokuror DSX-nin çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşüb -FOTOLAR

Tarix: 19-08-2025 14:06     Baxış: 367 A- / A+
Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədovun Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin (DSX) çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşü keçirilib.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Manevr.az-a bildirilib ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhidlərimizin şərəfinə yaradılmış guşə ziyarət olunub. Ulu Öndərin və şəhidlərin əziz, unudulmaz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə Dövlət Himni səsləndirilib, Baş Prokurorluğun rəhbərliyinin tövsiyələri iştirakçılara çatdırılıb.
Çıxışçılar sərhədçilərin peşə bayramını təbrik ediblər. Həmçinin onlar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi və xalqın əzmi ilə əldə olunan uğurlardan, eləcə də qüdrətli Silahlı Qüvvələrin, o cümlədən DSX-nin formalaşdırılmasından, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən bəhs ediblər.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunda çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, hərbi qulluqçuların məişət və xidmət şəraiti, eləcə də, qayğı və problemləri ilə bağlı fikirləri dinlənilib.
Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara bayram münasibətilə hədiyyələr təqdim edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar