Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Tarixi görüşün saatı bilindi

Tarix: 15-08-2025 10:04     Baxış: 323 A- / A+



Rusiya Prezidenti Vladimir Putin Alyaskada ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşə gedərkən Maqadana səfər edib. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, dövlət başçısı şəhərə tam regional səfər çərçivəsində gedib.
Peskovun sözlərinə görə, bugün Alyaskada Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar keçiriləcək. Prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov qeyd edib ki, görüş Moskva vaxtı ilə saat 22:30-da başlayacaq. Dövlət başçılarının təkbətək görüşü tərcüməçilərin iştirakı ilə olacaq. Ağ Ev isə görüşün saat 22:00-da başlanacağını açıqlayıb.
Vladimir Putin Maqadanda "Omega-Si" balıq yağı emalı zavodunu, "Mayak" parkının mədəni və sosial mərkəzini, həmçinin Prezidentin ümumrespublika idman-sağlamlıq kompleksini ziyarət edəcək. O, həmçinin Alsib (Alyaska-Sibir) magistralının qəhrəmanlarına həsr olunmuş abidəyə gül dəstəsi qoyacaq və Maqadan vilayətinin qubernatoru Sergey Nosovla görüşəcək.
Görüş öncəsi Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-dəkı səfiri Aleksandr Darçiyev artıq Alyaskaya çatıb. Danışıqlarda müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, Prezidentin köməkçisi Yuri Uşakov və xüsusi nümayəndə Kirill Dmitriyev də iştirak edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar