Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Məhəmməd Şahbaz Şərifə zəng etdi

Tarix: 10-08-2025 19:42     Baxış: 481 A- / A+
İlham Əliyev Məhəmməd Şahbaz Şərifə zəng edib
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.
Manevr.az xəbər verir ki, telefon söhbəti zamanı Pakistanın Baş nazirinin ölkəmizə səfəri, Laçında ikitərəfli, həmçinin Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşlər, eyni zamanda, onun İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi Sammitində iştirakı məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanan bəyyanamənin və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin və çiçəklənmənin təmin olunması baxımından əhəmiyyətinə toxunulub, bu nəticələrin əldə edilməsində ABŞ Prezidenti Donald Trampın xüsusi rolu qeyd olunub.
Məhəmməd Şahbaz Şərif əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar