Sizin Reklam Burada
Xəbər lenti
10-08-2025
09-08-2025
BÜTÜN XƏBƏRLƏR

Volodimir Zelenski İlham Əliyevə zəng edib

Tarix: 10-08-2025 17:00     Baxış: 337 A- / A+
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Manevr.az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar