Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəman Hökumə Əliyevanın xatirə muzeyinin açılışı oldu

Tarix: 08-08-2025 12:28     Baxış: 368 A- / A+
Hökumə Əliyevanın xatirə muzeyinin hazır olacağı vaxt açıqlandı
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi məqsədilə Samux rayonunun Alıuşağı kəndində xatirə muzeyinin açılışı olub.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, açılışda bir sıra rəsmilər, AZAL-ın nümayəndələri, H.Əliyevanın yaxınları iştirak edib.
Muzeyin tikintisi Milli qəhrəmanın yaxınları tərəfindən həyata keçirilib. Muzeydə H. Əliyevanın həyatını əks etdirən fotoşəkillər, şəxsi əşyaları sərgilənib.
Məlumat üçün bildirək ki, Hökumə Əliyevanın bu gün 34 yaşı tamam olur.
Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Kəlbəcərin işğalı dövründə ailəsi ilə birlikdə Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonra ailə quraraq Bakı şəhərində yaşamağa başlayıb. Onun ata-anası və qardaşı bu gün də sözügedən kənddə yaşayırlar.
Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar