Xəbər lenti
Ağsuda "Şəhid atasının gündəliyi" kitabının təqdimatı keçirilib - FOTOLAR

Manevr.az xəbər verir ki, kitabda müəllifin 1-ci Qarabağ müharibəsində şəhid olmuş oğlu Asif Hacıyev barədə kövrək xatirələri, ata ürəyinin çırpıntılarını ifadə edən fikirləri, xatirə fotoları yer alıb.
Tədbir iştirakçıları öncə şəhidin və anasının məzarını ziyarət edib, qəbirləri üstünə gül dəstələri qoyublar.

Kalva kənd mədəniyyət evində fəaliyyət göstərən dərnəyin üzvləri ölməz şəhidlərimizə həsr edilən şeirlər söyləyiblər.

Sonda tədbirin təşkilatçısı Dilman kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Ülviyyə Qanıyeva öz adından və şəhidin doğmaları adından iştirakşılara minnətdarlığını bildirib.
Qeyd edək ki, kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü Namiq Dəlidağlı, "Ön söz" müəllifi isə, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Qanıyevadı.
Natəvan Qocayeva
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar