Sizin Reklam Burada
Xəbər lenti
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Kosmetoloq Qənirə Ataşovanı məhkəməyə verdi

Tarix: 31-07-2025 19:38     Baxış: 356 A- / A+
Kosmetoloq Qənirə Ataşovanı məhkəməyə verdiKosmetoloq Gülsüm Əliyeva jurnalist Qənirə Ataşovanı məhkəməyə verib.
Manevr.az xəbər verir ki, bu barədə jurnalist özü paylaşım edib.
Qənirə Ataşova dünən məhkəmənin baş tutduğunu və Gülsüm Əliyevanın şikayətinin təmin olunmadığını deyib.
"Tibb diplomu olmadan özünü həkim və cərrah kimi təqdim edən Gülsüm Əliyevanın barəmdə xüsusi ittiham qaydası ilə qaldırdığı məhkəmə işi bu gün Səbail Rayon Məhkəməsində rədd edildi. Xatırladım ki, Gəncədə liposaksiya əməliyyatından sonra həyatı dəyişən Gülbəniz Bayramovanın ölüm işini və əməliyyatın baş tutduğu lisenziyasız VMR klinikasını araşdırdığım dövrdə Gülsüm Əliyeva mənim barəmdə cinayət məsuliyyətinə cəlb olunmağım üçün məhkəməyə müraciət etmişdi. O, məni şər və böhtan atmaqda ittiham edirdi. Məhkəmə iclasına müxtəlif bəhanələrlə gələn Gülsüm Əliyeva gah əllərinin titrədiyini, gah da ürəyinin sıxıldığını deyirdi. Lakin vəkilin ona tutarlı cavabı olub: "Bu qədər həyəcan keçirirsənsə, ölkədə bütün strukturlara niyə Qənirə Ataşova barəsində şikayət edirsən? Sənin dərdin nədir?" Tibb diplomu olmayan Gülsüm isə buna cavab verə bilməyib. Nəhayət, bu gün 4 saat davam edən məhkəmə prosesi nəticəsində hakim Ülviyyə Şükürova Gülsüm Əliyevanın iddiasını əsassız hesab edərək rədd edib", - deyə jurnalist paylaşımında bildirib.
Qeyd edək ki, 2024-cü il sentyabrın 21-də Gülbəniz Bayramova Gülsüm Əliyevaya liposaksiya əməliyyatı etdirdikdən sonra ölüb.modern.az
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar