Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğanla Tokayevin rəsmi görüşü başlayıb

Tarix: 29-07-2025 19:17     Baxış: 372 A- / A+


Ərdoğanla Kasım-Jomart Tokayevin rəsmi görüşü başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Prezident sarayında təntənəli mərasimlə qarşılayıb.
Manevr.az xəbər verir ki, rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər təqdim olunub, 21 yaylım top atəşi açılıb.
Tokayev, Mühafizə Alayının fəxri qarovulunu “Merhaba əsgər” deyərək salamlayıb. Liderlər qarşılıqlı olaraq nümayəndə heyətlərini təqdim etdikdən sonra media qarşısında əl sıxaraq foto çəkdiriblər.
Prezidentlər təkbətək görüşdən sonra Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına birgə sədrlik edəcəklər. Görüşlərdən sonra imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Prezident Ərdoğan həmçinin Tokayevin şərəfinə rəsmi ziyafət verəcək və ona Türkiyə Cümhuriyyəti Dövlət Ordeni təqdim edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar