Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ukraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edib

Tarix: 26-07-2025 21:13     Baxış: 474 A- / A+


Ukraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Kropivnitskiy şəhərində yerləşən Ukrayna Dövlət Uçuş Akademiyasını (UDUA) ziyarət edib.
Bu barədə  adıçəkilən ölkənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfirə bildirilib ki, Akademiyada bu ali təhsil ocağının kollektivinin təşəbbüsü, Ukrayna Xalq Deputatı Roma Hrişçukun, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və Səfirlik komandasının dəstəyi ilə ötən il, dekabrın 25-də "Bakı - Qroznı" aviareysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında Rusiya tərəfindən vurulduqdan sonra qəzaya uğrayan "Embraer - 190" tipli sərnişin təyyarəsinin pilotu, Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adını daşıyan memorial auditoriya və onun həyatı, təhsili, peşə fəaliyyəti və baş vermiş faciəyə həsr olunmuş tematik ekspozisiya yaradılıb.
Ekspozisiyada yerləşdirilən QR-kod vasitəsilə onun haqqında daha ətraflı məlumat əldə etmək mümkündür.
Akademiya rəhbərliyi diqqətə çatdırıb ki, UDUA-da 60 nəfərdən çox azərbaycanlı müdavim təhsil alır.
Görüş zamanı, həmçinin akademiya rəhbərliyi ilə Azərbaycan Respublikasının aviasiya qurumları və təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq konkret addımlar müzakirə olunub.
Səfir Yuri Husyev xatirənin qorunmasına və Ukrayna-Azərbaycan aviasiya tərəfdaşlığının inkişafına görə təşəkkürünü bildirib.
Ukraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edibUkraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edibUkraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edibUkraynanın Azərbaycandakı səfiri UDUA-nı ziyarət edib




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar