Xəbər lenti
Nazirlikdə yeni Aparat rəhbəri və nazir müşaviri təyin edildi

İqtisadiyyat Nazirliyində yeni kadr təyinatı olub.
Manevr.az xəbər verir ki, Elvin Camalov nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu təyinatadək o, iqtisadiyyat nazirinin müşaviri kimi fəaliyyət göstərib.
Bununla yanaşı, Ayaz Əliyev iqtisadiyyat nazirinin müşaviri vəzifəsinə təyin olunub. O, 2001–2008-ci illərdə Vergilər Nazirliyində, 2008-ci ildən etibarən isə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan E. Camalov nazirliyin müxtəlif strukturlarında çalışıb. 2019-2022-ci illərdə İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri olub. 2024-cü il iyunun 3-dən 2025-ci il iyulun 21-dək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
O, 2020-ci il 23 iyun tarixli Prezident sərəncamı ilə dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
E. Camalov ailəlidir, bir övladı var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar