Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yaponiya Baş naziri Şigeru İşiba istefa verəcəyini açıqlayacaq

Tarix: 23-07-2025 10:17     Baxış: 395 A- / A+


Yaponiya Baş naziri Şigeru İşiba istefa verəcəyini açıqlayacaqYaponiya Baş naziri Şigeru İşibanın gələn ayın sonuna qədər istefasını elan edəcəyi gözlənilir.
Manevr.az-ın “Reuters“ə istinadən verdiyi xəbərə görə, istefaya dair məlumat İşiba ilə ABŞ Prezidenti Donald Tramp arasında avtomobil idxalına tətbiq olunan tariflərin azaldılmasını və digər mallara yeni rüsumların qarşısını alan ticarət sazişinin açıqlanmasından sonra yayılıb.

Seçkilərdəki uğursuzluqdan sonra İşiba bəyan edib ki, ticarət razılaşmasını yekunlaşdırmaq və ölkədəki artan iqtisadi problemlərlə mübarizə aparmaq üçün hələlik vəzifəsində qalacaq. “Müqavilənin nəticələrini tam araşdırmadan qərar verə bilmərəm”, – deyə o, çərşənbə günü jurnalistlərə bildirib.
"Yomiuri" qəzetinin məlumatına görə, İşiba çərşənbə axşamı yaxın ətrafına bildirib ki, ticarət sazişi başa çatdıqdan sonra seçki məğlubiyyətinə görə məsuliyyəti öz üzərinə götürəcək.
Xatırladaq ki, İşiba ötən il keçirilən liderlik yarışında sərt xətt tərəfdarı olan Sanae Takaichini məğlub etmişdi. Gözlənilir ki, Baş nazir bu gün günün ikinci yarısında hakim partiyanın əsas fiqurları ilə bir araya gələrək seçkinin nəticələrini müzakirə edəcək.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar