Xəbər lenti
"Azadlıq yollarında" - Yeni nəşr
Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış qələm sahibi Rəna Təbəssümün yeni kitabı – “Azadlıq yollarında” işıq üzü görüb. “Azəri” nəşriyyatı tərəfindən çap olunan bu nəfis tərtibatlı toplu müəllifin roman və şəhid hekayələrindən ibarətdir.Kitabda torpaq uğrunda canından keçən Vətən oğullarının qəhrəmanlığı, onların müqəddəs amal uğrunda keçdikləri şərəfli yol qəlbin ən dərin tellərini titrədən duyğularla əks olunub. Müəllifin zəngin publisistik dili ilə qələmə aldığı bu hekayələr şanlı Zəfər salnaməsinin parlaq səhifələrini oxucuya təqdim edir.
“Azadlıq yollarında” kitabı şəhidlərin ruhuna ehtiramın, Vətən sevgisinin və milli qürurun layiqli ifadəsidir. Əminik ki, bu nəşr geniş oxucu auditoriyasının rəğbətini qazanacaq və yaddaşlarda silinməz iz buraxacaq.
İlhamə Məhəmmədqızı
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































