Sizin Reklam Burada
Xəbər lenti
19-07-2025
BÜTÜN XƏBƏRLƏR

Bu iki məsələ həll edilən kimi Ermənistanla sülh olacaq - Prezident

Tarix: 19-07-2025 19:46     Baxış: 331 A- / A+
Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb.
Manevr.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib.
O qeyd edib ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub:
"İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupu üçlüyü hələ də çalışırdı, Bakıya səfərlər edirdi. Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə, onlara bildirdim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik".
Ölkə başçısı diqqətə çatdırıb ki, o, prosesin başlamasını təklif edib:
"Sülh sazişinin mətnini hazırladıq, Ermənistana göndərdik. Onların müxtəlif şərhləri var idi. İki il ərzində heç bir irəliləyiş yox idi. Bunun başlıca səbəbi o idi ki, Ermənistan tərəfi sülh sazişinin mətninə "Dağlıq Qarabağ" məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, "Dağlıq Qarabağ" sizin təxəyyülünüzdədir, reallıqda mövcud deyil. Bu Azərbaycanın parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan məsələ əlavə edilə bilməz".
Prezident İlham Əliyev vurğulayıb ki, 2023-cü ilin sentyabrında əraziləri azad edəndən sonra yalnız bu zaman Ermənistan israr etmədi, çünki mövzu bağlı idi.
"Real danışıqlar 2024-cü ilin yanvarında başladı. Bizim hazırladığımız mətnin layihəsi üzərində iş getdi və razılaşdırıldı. Ermənistan iki bəndi əlavə etmək istəmirdi. Lakin prezident Donald Tramp seçkidə qalib gələn kimi onlar iki bəndi əlavə etdilər. Ermənistan Konstitusiyasında dəyişiklik və Minsk qrupunun buraxılması - bu iki məsələ həll edilən kimi sülh müqaviləsi imzalana bilər".



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar