Xəbər lenti
Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının imza günü keçirilib
Atatürk Mərkəzində araşdırmaçı-jurnalist Elxan Salahovun “Başlıbel: yaranışdan işğaladək” kitabının imza günü keçirilib.Manevr.az xəbər verir ki, tədbir iştirakçıları “Başlıbel: yaranışdan işğaladək” kitabını qədim tarixi, özünəməxsus adət-ənənəsi olan bir kəndin dünəninə güzgü tutan sanballı bir toplu olaraq dəyərləndirdilər. Qeyd olundu ki, “Başlıbel: yaranışdan işğaladək” kitabı bir çox tarixi məqamları özündə əks etdirir.
İmza törənində Kəlbəcərin işğalı zamanı Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllər barədə söz açılıb.
Kitabın redaktoru Süleyman Qaradağlının aparıcılığı ilə keçən mərasimdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad elmləri namizədi Ənvər Salahov, Başlıbel kənd orta məktəbinin müəllimi Əhliman Mirzəyev, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, mühəndis Arif Süleymanov, şair - jurnalist Namiq Dəlidağlı, müəllimlərdən Həqiqət Şükürova, Vəsilə Cəfərova, həkim Hafis Hüseynov və başqaları arxiv sənədləri və ağsaqqalların, yaşlı sakinlərin xatirələri əsasında hazırlanan kitabın yaxşı mənbə olduğunu bildiriblər. Qeyd edilib ki, rayonun ən böyük kəndində ilkin məskunlaşma, kolxoz quruculuğu və kollektivləşmə, repressiya, İkinci Dünya müharibəsi və sonrakı illərdə baş verən hadisələr, həmçinin sosial, mədəni və təhsil sahəsində görülən işlər, habelə adət-ənənələr, toponimlər və s. dolğun şəkildə öz əksini tapıb.Sonra kitab müəllifin imzası ilə tədbir iştirakçılarına hədiyyə edilib.







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































