Sizin Reklam Burada
Xəbər lenti
14-08-2025
13-08-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə istirahətdə olan Nisanov təcili Moskvaya döndü

Tarix: 18-07-2025 13:52     Baxış: 375 A- / A+


Türkiyənin Bodrum şəhərində istirahətdə olan yəhudi əsilli azərbaycanlı biznesmen Qod Nisanov təcili Moskvaya çağırılıb.
Manevr.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Moskvanın məşhur “Food City” ticarət mərkəzinin sahibi olan Qod Nisanovun çağırılmasına səbəb Azərbaycanla Rusiya arasındakı gərkinlikdən sonra yaranmış vəziyyət olub.
Qeyd edək ki, bu hadisədən sonra Rusiya hüquq-mühafizə orqanları azərbaycanlıların kompakt çalışdığı ayrı-ayrı bazarlara reydlər keçirir. Bu reydlər zamanı yüzlərlə azərbaycanlı polis bölmələrinə aparılır. Məlumata görə, Moskvanın ən böyük ticarət mərkəzlərindən biri olan “Food City”yə belə basqın gözlənilir.
Adıçəkilən bazarda çalışan şəxslərin verdiyi məlumata görə, bazar administrasiyası tərəfindən onlara bu barədə xəbərdarlıq edilib. İki gün əvvəl Bodruma istirahətə gələn Qod Nisanovun təcili özəl təyyarəsi ilə Moskvaya qayıtması vəziyyətin ciddiliyindən xəbər verir.
İddialara görə, hazırda Rusiya prezidenti Vladimir Putinlə əlaqələri kəsilən Qod Nisanov Rusiya Liberal-Demokrat Partiyasının Leonid Slutski ilə görüşüb. Qeyd edək ki, yəhudi əsilli olan Leonid Slutski Qod Nisanovun yaxın dostudur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar