Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev “Elektroenergetika haqqında” Qanuna dəyişiklik etdi

Tarix: 07-07-2025 15:07     Baxış: 363 A- / A+
“Elektroenergetika haqqında” Qanuna dəyişiklik edildi
Prezident İlham Əliyev Milli Məclisin iyunun 21-də qəbul etdiyi “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Manevr.az xəbər verir ki, dəyişikliyə əsasən, qanunun 13.2-ci maddəsinin (ötürücü sistem operatoru, habelə onun təsisçisi olduğu, yaxud birbaşa və ya dolayısı ilə iştirak etdiyi, eləcə də idarə etdiyi hüquqi şəxslər elektrik enerjisinin istehsalı, paylanması və təchizatı fəaliyyəti ilə məşğul ola biməz) qüvvəyə minmə müddəti dəyişdirilib.
Həmin maddə bu il iyulun 1-dən qüvvəyə minməli idi. İndi isə onun qüvvəyə minmə müddətini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
Beləliklə, elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin birinci mərhələsində (birinci mərhələ qanunun qüvvəyə mindiyi gündən, yəni 2024-cü il yanvarın 1-dən 2025-ci il iyunun 30-dək olan dövrü əhatə edir) həyata keçirilməsi nəzərdə tutulan elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması 2025-ci il iyulun 1-dək deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə icra ediləcək.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar