Xəbər lenti
İlham Əliyevdən bu ölkə ilə bağlı tarixi qərar - Ərdoğan müjdə verdi

Manevr.az xəbər verir ki, o, bu barədə iyulun 5-də Azərbaycana səfərindən qayıdarkən jurnalistlərə danışıb.
Ərdoğanın sözlərinə görə, ABŞ-ın Suriyaya qarşı bəzi sanksiyaları yumşaltması bu ölkənin bərpası üçün yeni imkanlar yaradıb. Türkiyə isə bu prosesdə fəal rol oynamağa hazırdır:
“Biz indiyədək Suriya xalqının yanında olmuşuq və yenidənqurma prosesində də dəstəyimizi davam etdirəcəyik”, – deyə Türkiyə Prezidenti bildirib.
O əlavə edib ki, Prezident İlham Əliyevlə keçirilən son görüş zamanı bu məsələ gündəmə gəlib və Əliyev Suriyaya qaz dəstəyi göstərməyə hazır olduğunu bildirib:
“İlham Əliyev Suriyaya enerji dəstəyi verməyə hazırdır. Mən bu müjdəyə çox sevindim. Dərhal Enerji Nazirliyimizə bu məlumatı ötürəcəyəm ki, proses başlayıb, koordinasiya olunsun”, – Ərdoğan qeyd edib.
O, həmçinin vurğulayıb ki, Suriya daxilində də bu dəstəyə müsbət yanaşılır və Dəməşq rəhbərliyindən (Əsədə yaxın dairələrdən – red.) də razılıq siqnalları gəlib.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























