Sizin Reklam Burada
Xəbər lenti
18-10-2025
17-10-2025
BÜTÜN XƏBƏRLƏR

Pezeşkian: Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb

Tarix: 04-07-2025 19:50     Baxış: 483 A- / A+

Azərbaycan-İran əlaqələrində yeni səhifə açılıb.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, bunu iyulun 4-də Xankəndidə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünda deyib.
İran İslam Respublikasının Prezidenti də İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırdı.
Azərbaycana rəsmi səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayan Məsud Pezeşkian səfərin nəticəsi olaraq Azərbaycan-İran əlaqələrində yeni səhifənin açıldığını vurğuladı, bu xüsusda, artıq Bakı ilə Tehran, Bakı ilə Təbriz arasında təyyarə reyslərinin artırılmasını, Ağbənd-Kəlalə avtomobil yolu körpüsünün tikintisi istiqamətində işlərin aparılmasını qeyd etdi və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxundu.
İran Prezidenti İsraillə baş vermiş qarşıdurma zamanı Azərbaycanın göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə, həmçinin ECO çərçivəsində əlaqələrin genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıldı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar