Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Sözü “əsalı” Aqil Abbas..." - Emil Rasimoğludan sərt tənqid

Tarix: 29-06-2025 11:49     Baxış: 3179 A- / A+
                Aqil Abbas, Emil Rasimoğlu

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair – publisist Emil Rasimoğlu yazıçı Aqil Abbasın modern.az-a müsahibəsindəki Yazıçılar Birliyi ilə bağlı fikirlərə münasibət bildirərək, sərt tənqid edib:

“Yaxın gəlin, bir – iki kəlmə deyəcəklərim var...

Aqil Abbası tanıyırsınız da... Yazıçı, siyasətçi, jurnalist, Rəmişin dostu Aqil Abbası deyirəm. Ömrü boyu müsahibələrində nə ÇAY ola bildi, nə də ki, KÖRPÜ (Göl, okean olmağa isə ümumiyyətlə potensial şansı yoxdu). Haçan danışdı, eləcə sözü “axsadı”. 

Sözü “əsalı” Aqil Abbas...

İndi də cənab Aqil Abbas Anardan sonra Rəşad Məcidin Yazıçılar Birliyinə sədr olması ideyasını necə deyərlər, ortalığa atır. O Rəşad Məcidin ki, 20 ildir Yazıçılar Birliyində Anarın diktator prinsipləri ilə işləyən “dəyirmanına” elə diktator xarakteri ilə də su tökür, necə deyərlər, dənizə də sahiblik edir, gəmiyə də(!), haqq – ədalətə isə kürəyi ilə baxır!

... Aqil Abbas bilmir ki, (və ya bilmək istəmir, özünü bilməməzliyə vurur!) Rəşad Məcidin Anardan sonra Yazıçılar Birliyinə sədr gəlməsi toplananların yerinin dəyişməsi qədər uğursuzdur. 
Yazıçılar Birliyində 20 ildir çalışır, nə edir ki (?!) Mətbuat Şurasına sədr gəldi, nə oldu ki (?!), AYB – yə də sədr gələ, nə ola... Aydın Canıyevin (jurnalist olaraq) haqqı bir tərəfdə ağlar qalıb, Pərviz Cəbrayıl haqqı digər tərəfdə... və daha kimlərin, kimlərin.

... Biz Rəşad Məcidi(n diktator xarakterini) də gözəl tanıyırıq, sizin fikirlərinizin “qəzalı” vəziyyət də olmasını da, cənab Aqil Abbas! Siz də həmin Aqil Abbassınız ki, Anar yazıçıların, xalqın pasportudur – deyib, gülləni Tanrının gicgahına sıxmışdınız AzDrama – nın səhnəsində, Yazıçılar Birliyinin qurultayında. Bəli, məhz həmin Aqil Abbassınız!

Günəşin qarşısından çəkilmək vaxtıdır...”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar