Xəbər lenti
İran və İsraili tərk edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar olaraq İsraildəki səfirliyimizdə, İrandakı səfirliyimizdə, habelə Təbriz şəhərindəki Baş Konsulluğumuza daxil olan müraciətlərə gündəlik əsasda baxılır".
Manevr.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, İranı tərk etmək istəyən Azərbaycan vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir. İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir."İndiyə qədər İrandakı səfirliyimiz və Baş Konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən çoxu artıq sərhədi keçib. Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hal-hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur. İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb", - XİN rəsmisi deyib
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar