Xəbər lenti
Ümumilli lider Heydər Əliyev Azərbaycan Respublikası və xalqının qüruru, iftixarı, ortaq dəyəri, ortaq iradəsi, ortaq səsidir!

Azərbaycan xüsusilə 1990-cı illərdə çox ağır sınaqlardan keçdi. Nəticədə 1993-cü ilin iyununda vətəndaş müharibəsi, xaos şəraitində xalq və hökumət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi.
Artıq 1993-cü il iyunun 15-də Azərbaycanı mümkün vətəndaş müharibəsindən uğurla xilas etmiş Heydər Əliyev Ali sovetin (indiki Milli Məclis – T.V.) sədri seçildi. Azərbaycanın taleyinin dəyişdiyi bu tarix 1997-ci ildən Milli Qurtuluş Günü kimi tanınır və qeyd olunur.
15 iyun günü Azərbaycan dövlətini böhrana, xaosa sürükləmək, xalqı qardaş qırğınına, ölkəni vətəndaş müharibəsinə çevirmək istəyən daxili və xarici qüvvələrin məğlub olduğu bir günün adıdır.
1993-cü il oktyabrın 3-də Prezident seçilən ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşən xalq yenidən sabitlik mühitinə qovuşdu. Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyev həmin dövrə nəzər salarkən söyləmişdir: “1993-cü il tariximizdə dönüş nöqtəsi olmuşdur. Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”. Bəli, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş verən siyasi, sosial, iqtisadi tərəqqi dövlətin güclənməsinə, bütün dünya ilə sıx əlaqələrin qurulmasına, xalqımızın vəziyyətinin yaxşılaşmasına səbəb oldu.
Nəticədə yuxarıda qeyd etdiyimiz bu tarixi gün Milli Qurtuluş Günü elan edilmiş və 1997-ci ildən parlamentin qərarı ilə bütün dünyaya Azərbaycan Respublikasının rəsmi bayramı kimi elan edilmişdir.
Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri olmaqla bərabər Azərbaycan xalqı və Respublikasının qüruru, iftixarı, ortaq dəyəri, ortaq iradəsi və ortaq səsidir.
15 iyun tarixi ümummilli lider Heydər Əliyevin xalqımız üçün apardığı mübarizəsi, xalqımıza qazandırdıqları və qazandırmaq istədiklərini anlamaq baxımından böyük əhəmiyyət kəsb edir. Ulu öndərin qurduğu və bizə əmanət etdiyi dövlətimizi qorumaq, ucaltmaq, yaşatmaq, onu müasir və güclü sivilizasiyalar səviyyəsindən də yuxarı qaldırmaq, Heydər Əliyev ideyalarını gələcək nəsillərimizə ötürmək bizim ən ümdə borcumuzdur.
Azərbaycan xalqı qurtuluşdan ərazi bütövlüyünün bərpası və tam suverenliyin təmininə kimi şanlı bir yol keçdi. Məhz 15 iyun tarixindən sonra Azərbaycan xalqının birliyi və həmrəyliyi, Heydər Əliyevin sabit liderlik mövqeyi sayəsində bu gün Qafqazın parlayan ulduzu kimi Azərbaycan dünyada öz layiqli yerini tutdu, ulu öndərin də dediyi kimi dünyaya günəş kimi doğdu.
Ulu öndər siyasi kursunun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası bu gün öz prinsip və hədəfləri, xalqın arzu və məramlarını daşımaq və təmin etmək keyfiyyəti ilə çətin ərəfələri aşıb, çətin sınaqlardan keçərək, xüsusilə ərazi bütövlüyü və suverenliyini tam təmin edərək qüdrətinə güc qatmışdır.
Azərbaycan xalqı dünən olduğu kimi bu gün də heç bir qüdrət qarşısında əyilməyəcək, təzyiqlərə boyun əyməyəcək, gələcəyinin parlaq ideallarından güzəştə getməyəcəkdir. Azərbaycan ilə bağlı oynanılan oyunlar, planlar bu gün də var və bu hər kəsə məlumdur. Planlar və oyunlar nə olursa olsun, Azərbaycan daim parlamağa, ucalmağa və məsud yaşamağa davam edəcək.
Bu fikir və düşüncələrlə müstəqilliyini borclu olduğumuz çağdaş Azərbaycan Respublikasının memarı ümummilli lider Heydər Əliyevi, onun silahdaşlarını və istiqlaliyyət mübarizəmizin bütün qəhrəmanlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq.

MMU Bakı Hərbi Kollecinin müəllimi,
Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar