Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakı aeroportunda erməniəsilli Rusiya vətəndaşları daxil olmaqla bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub - EKSKLÜZİV

Tarix: 13-06-2025 21:14     Baxış: 375 A- / A+
İsrailin İrana hava zərbələrindən sonra İran, İraq və İsrail hava məkanlarında tətbiq olunan uçuş məhdudiyyətləri səbəbindən 13 beynəlxalq aviaşirkətə məxsus təyyarələr uçuşların təhlükəsiz şəkildə davam etdirilməsi məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportuna ehtiyat enişi ediblər.

Xarici KİV-lərin məlumatlarına əsasən, ehtiyat enişi edən bəzi reyslərdə erməniəsilli Rusiya Federasiyası vətəndaşları da olub.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib.

Hazırda mövcud məlumata əsasən, ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib. report

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar