
Xəbər lenti
Bakı aeroportunda erməniəsilli Rusiya vətəndaşları daxil olmaqla bütün sərnişinlərin təhlükəsizliyi təmin olunub - EKSKLÜZİV

Xarici KİV-lərin məlumatlarına əsasən, ehtiyat enişi edən bəzi reyslərdə erməniəsilli Rusiya Federasiyası vətəndaşları da olub.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib ki, bütün sərnişinlərin təhlükəsizliyi və rahatlığı təmin edilib. Onlara beynəlxalq aviasiya qanunvericiliyinə uyğun xidmət göstərilib.
Hazırda mövcud məlumata əsasən, ehtiyat enişi etmiş reyslərin yarıdan çoxu artıq uçuşlarına davam edib. Digər reyslər üzrə isə koordinasiya prosedurları beynəlxalq standartlara uyğun şəkildə davam etdirilir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı "Rising Lion" əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr edindirib. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə sahəsi üzrə alimləri həlak olub. Bundan başqa, hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi bildirib ki, İranın nüvə və ballistik raket potensialının məhv edilməsi əməliyyatı bir neçə gün davam edəcək. Öz növbəsində, İranın Baş Qərargahı İsrailə cavab zərbələri endirilərkən heç bir məhdudiyyət qoyulmayacağını bəyan edib. report
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar