Xəbər lenti
Günay Əfəndiyeva: “Biz hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etməliyik”

İclasda Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədr müavini Günay Əfəndiyeva “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində yaxınlaşma prosesləri: problemlər və inkişaf perspektivləri” mövzusunda komissiyanın hesabat məruzəsi üzrə çıxış edib.

Mövcud təhsil əməkdaşlığı çərçivəsində elm və təhsil nazirlikləri arasında imzalanan müqavilələr əsasında kurikulumların uyğunlaşdırılması, dərsliklərin tərcüməsi, müəllim və tələbə mübadiləsi, eləcə də ixtisasartırma təlimlərinin təşkili istiqamətində işlər davam etdirilir. Bu tədbirlər praktiki əməkdaşlığı genişləndirməklə yanaşı, təhsil sistemlərimizin bir-birinə yaxınlaşdırılmasına zəmin yaradır.
Digər tərəfdən ölkələrimizdə ibtidai və orta təhsilin əhatə dairəsi 95-100 faiz səviyyəsindədir. Bu göstərici dünyanın bir çox inkişaf etmiş ölkələri üçün nümunə ola bilər”.
Komitə sədri çıxışı zamanı əldə olunmuş nailiyyətlərlə yanaşı, üzv ölkələrdə mövcud olan problemlərdən də bəhs edib: “Kənd və ucqar bölgələrdə təhsilə çıxış imkanlarının azlığı, infrastrukturun yetərsizliyi, rəqəmsal avadanlıqla təminatın aşağı səviyyədə olması və ali təhsilə əlçatanlıqda müşahidə olunan fərqliliklər geniş türk coğrafiyasında insan kapitalının bərabər inkişafına maneə yaradır.
Təhsil resurslarının və müasir tədris texnologiyalarının tətbiqinin bölgələr arasında tarazlı şəkildə paylanması, gənclərimizin əmək bazarına bərabər imkanlarla daxil olmaları üçün də vacib əhəmiyyət daşımaqdadır.
Düşünürəm ki, bu çatışmazlıqların və maneələrin aradan qaldırılması təhsil sisteminin daha effektiv və ədalətli işləməsi üçün prioritet məsələyə çevrilməli, bütün bölgələrin eyni şərtlərlə təmin olunması üçün ciddi tədbirlər görülməlidir. Bu, təhsil sistemlərinin yaxınlaşdırılmasına dair yeni strategiyanın əsas istiqamətlərindən birini təşkil edə bilər”.
“Sonda bir daha vurğulamaq istərdim ki, biz hər bir sahədə olduğu kimi, təhsil sahəsində də ortaq dil, ortaq dəyərlər və ortaq gələcək vizyonu ilə hərəkət etməliyik” – deyə, Günay Əfəndiyeva qeyd edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar