Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Zakir Həsənov hərbçilərimizi təbrik etdi

Tarix: 05-06-2025 16:43     Baxış: 363 A- / A+


Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini - zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçiləri Qurban bayramı münasibətilə təbrik edib, onlara Vətənə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Müdafiə Nazirliyndən verilən məlumata görə, nazir təbrikində bildirib ki, hər il ölkədə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyədə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir:
"Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikanın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır. Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. Azərbaycan dövləti bu gün regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilib".
Z.Həsənov əmindir ki, ordu Azərbaycan Konstitusiyasına, hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcək:
"Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatları və Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərib".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar