Xəbər lenti
Növbəti fləşmob məşhur mahnıya həsr olunub
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qaçqınların və MəcburiKöçkünlərin
İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilən və yenidən qurulan
Füzuli şəhərində musiqili
fləşmob təşkil edib.
Füzuli rayonu Qarabağ kənd uşaq musiqi məktəbinin şagirdlərinin
ifasında sözləri və musiqisi mərhum bəstəkar, özü də əslən Füzulidən
olan Bəhram
Nəsibova məxsus məşhur “Anadır arzulara hər zaman Qarabağ”
mahnısı səsləndirilib. Onları yerli gənc musiqiçilərdən ibarət ansambl
müşayiət edib.
Sakinlər səmimi və təsirli ifanı böyük rəğbət hissi ilə qarşılayıb və
alqışlayıblar.
Fləşmobun əsas məqsədi azad edilmiş ərazilərdə həyata keçirilən
“Böyük Qayıdış”
Proqramına ictimai diqqəti artırmaq, vətəndaşlarımızın doğma torpaqlara
dönüş
sevincini paylaşmaq və yeni həyatın başlanğıcına ruh yüksəkliyi
qatmaqdır.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq
icra edilən
“Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura
köçürülmə
prosesi mərhələli şəkildə davam etdirilir. Fləşmob haqqında videoçarxı
təqdim edirik.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Kriminal
Yazarlar
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































