Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hərbi attaşelər Naxçıvana səfər edib - VİDEO

Tarix: 30-05-2025 12:42     Baxış: 3102 A- / A+
Hərbi attaşelər Naxçıvana səfər edib - VİDEO
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Naxçıvan Muxtar Respublikasına səfəri təşkil edilib.
Bu barədfə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfərdə 19 ölkəni təmsil edən hərbi attaşelik aparatlarının 35 nümayəndəsi iştirak edib.
Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucaldılan abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər. Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib.
Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-mayor Kənan Seyidov xarici dövlətlərin hərbi attaşeləri ilə görüşüb.
Səfər iştirakçılarına ƏÜO-nun yaranma tarixi, keçdiyi inkişaf yolu, fəaliyyəti, həyata keçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı brifinq təqdim olunub, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzində görüş
Qonaqlar ƏÜO-nun Təlim və Tədris Mərkəzində olub, müxtəlif sinif otaqları, simulyasiya mərkəzi və trenajorlar zalı ziyarət edilib.
Hərbi attaşelər, həmçinin Naxçıvan Hərbi Kolleci və Heydər Əliyev adına Hərbi Liseyi ziyarət edib, xüsusi təyinatlı təhsil müəssisələrində aparılan islahatlar, mövcud hərbi təhsil sistemi, tədris və elmi fəaliyyət istiqamətləri ilə tanış olublar.
Daha sonra qonaqlar Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinə aparılıb.
Sonda hərbi attaşelərin tarixi-mədəniyyət abidələrinə ekskursiyası təşkil olunub.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar