Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Qəlbimdəki ən gözəl arzuları sizə — cəsur Azərbaycan xalqına diləyirəm

Tarix: 28-05-2025 11:18     Baxış: 4155 A- / A+
Bugün Azərbaycan tarixində ən önəmli, ən möhtəşəm günlərdən biridir — 28 May Müstəqillik Günüdür. Bu tarix — azadlığa, milli kimliyə olan sevginin bayramıdır.
Bu gün — bir xalqın öz taleyini müəyyən etdiyi gündür. Bu gün — milli qürur, cəsarət və səbrlə yazılmış tariximizin parlaq səhifəsidir.
Mən, Özbəkistandan olan şair kimi, qəlbimdəkı səmimi duyğuları siz — əziz azərbaycanlı qardaşlarımla paylaşmağı öz borcum bilirəm.
Bu gün qəlbim sizinlə döyünür. Gənclik arzuları kimi təmiz, ananın duası kimi saf və səmimi hisslərlə sizi ürəkdən Müstəqillik Günü münasibətilə təbrik edirəm!

Sizin cəsur əcdadlarınız 1918-ci ildə azadlıq bayrağını qaldıranda, bu yalnız tarixi bir hadisə deyildi, həm də bütöv türk dünyası üçün ümid işığı idi. Bu gün də Azərbaycan öz müstəqilliyi, qüruru, güclü dövlət sistemi və dəyərli mədəni irsi ilə bütün dünyaya nümunə göstərir.

Mən sizi uzaqlardan sevirəm. Sizin şairlərinizi — hörmətlə oxuyuram. Sizin xalqınızı — öz qardaşım bilirəm.
Məncə, bu sevgi sözlərimdən, hər bir cümləmdən aydın duyulur. Çünki bu ürək sizi səmimi sevərək dəyərləndirir.

Siz bu gün təkcə müstəqil Vətən qurub onu qorumur, həm də onu yeni zəfərlərə doğru aparırsınız. Hər bir uğur, hər bir quruculuq — xalqınızın qürurudur.
Allah hər zaman sizi qorusun. Azərbaycan xalqının rifahı, əmin-amanlığı və sülhü əbədi olsun!

Arzum budur ki, sizin bayrağınız həmişə uca olsun! Vətən səmanız açıq, torpaqlarınız bərəkətli olsun!
Sizi dost bilən biz — Özbəkistandakı dostlarınız həmişə yanınızda, qəlbdə və hörmətlə qalacağıq.
Qəlbimdəki ən gözəl arzular sizə — cəsur Azərbaycan xalqına həsr olunub.
Əziz qardaşlar!
Birləşmiş, möhkəm, azad və firavan Azərbaycanı görmək — mənim qəlbimdəki dua və arzumdur.














Səmimiyyət və sevgi ilə,
Cahangir NAMAZOV
28.05.2025

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar