Xəbər lenti
Müstəqillik Günümüz sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!

Bakı Qızlar Universitetinin baş müəllimi,
Bakı Dövlət Universitetinin doktorantı
tural.akif.velizade@gmail.com
Bu gün qüdrətli xalqımız tərəfindən istiqlaliyyəti elan olunan ilk respublikamız - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 ötür.
Köləliyə və zorakılığa boyun əyməyən Azərbaycan xalqı, müstəqilliyinə və gələcəyinə düşmən kəsilən işğalçılara qarşı başladığı azadlıq mübarizəsini 28 may 1918-ci ildə zəfərlə, istiqlaliyyətlə taclandırdı. Azərbaycan xalqının mübarizəsi və müdaxiləsi ilə müsəlman Şərqində ilk demokratik Cümhuriyyət yarandı.

Azərbaycan bünövrəsiz, köksüz, amorf və yeni yaranmış dövlət deyil və heç vaxt olmamışdır. Azərbaycan dövlətçiliyinin minilliklərə söykənən tarixi var. Bu dövlətçilik min illər boyu ürəkdən ürəyə, nəsildən nəslə ötürülən möhtəşəm bir xəzinədir.
Azərbaycan xalqının istiqlal şərəfinə düşkün olması tarixi bir həqiqətdir.
Savaşlarda göstərilən qəhrəmanlıq və fədakarlıq bu danılmaz və sarsılmaz milli həqiqətin əlamətidir. Azərbaycan Cümhuriyyətini quran milli iradənin və şüurun mənbəyi tam müstəqilliyə duyulan, tayı və bərabəri olmayan tarixi bağlılıqdır.
Ötən 107 il diqqətlə nəzərdən keçirildikdə, Cümhuriyyətin həm fikir, həm rejim və həm də idarəçilik baxımından ictimai vicdanda kök saldığı görüləcəkdir. Cümhuriyyət öz prinsip və hədəfləri, xalqın arzu və istəklərini müdafiə və təmin etmək keyfiyyəti ilə çətin ərəfələri aşıb sınaqlardan keçərək, xüsusilə Parlamentli hökumət sistemi ilə qüdrətinə güc qatmışdı.

Azərbaycan xalqının keçmişdə göstərdiyi qəhrəmanlıqlar imperializm altında inləyən və bərabərində kütləvi qətllərə düçar olan, vəhşiliklərə məruz qalan məzlum cəmiyyətlər üçün şübhəsiz ki, mütləq bir ilham mənbəyi olmuşdur.
28 May bütün azərbaycanlıları bir-birinə bağlayan tarixdir. Bu böyük dövlətin, bu qəhrəman xalqın nümayəndəsi olmaqdan şərəf duyuruq.
İnanıram ki, dünyanın harasında olursa olsunlar, bütün soydaşlarımız, dostlarımız 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi – çağdaş Azərbaycan Respublikası ilə qürur duyur, 44 gündə yazdığı şanlı tarixlə fəxr edir.
Şübhə yoxdur ki, Azərbaycan dövləti daim məsud, uğurlu və qalib olacaq, əbədi yaşayacaq və yaşadacaqdır.

Bu hiss və düşüncələrlə Azərbaycan Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü – Müstəqillik bayramını sevgi və hörmətlə qeyd edir, sevimli millətimizə, dövlətimizə əbədi xoşbəxtlik arzulayırıq. Atalarımızın irsini qoruyan qəhrəman xalqımıza və bizə mənəvi dəstək olan bütün dostlarımıza ürəkdən təşəkkürümü bildiririk.

Azərbaycan Cümhuriyyətinin 107-ci ildönümü – Müstəqillik Günümüz sonsuz sədaqət və heç bitməyəcək əzmlə mübarək olsun!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar